top of page

Ön söz

12 illik iş və ictimai fəaliyyətimizdə qarşılıqsız və faydalı işləməyin necə olduğunu çox yaxşı bilirik. 15.000-dən çox gəncə, 3000-dən çox təhsil alan tələbəmizə və bu saylardan da çox valideynə, 300-ə yaxın layihələrlə bağlı yerli fermerlərə, 250-ə yaxın müxtəlif işlərdə işçimiz olan şəxslərə, qarşılıqsız fayda verdiyimiz 70-dən çox sahibkara inanırıq ki, bir şeylər qatmış və onlardan da heç bir kitablarda yazılmayan təcrübələr qazanmışıq.

Bu portfolioda sizə yorucu olmasın deyə az sözlə daha çox məlumat çatdırmağa çalışmışıq, sona qədər oxuyub detallı məlumat ala bilərsiniz.

1000103375_eb8730096bba7eed88f48237af239535-3_15_2023, 23_58_05.png
Rashad Abbaszada
Rəşad Abbaszadə tərəfindən təsis edilib.
311476419_1547223515751879_2112418398169221596_n (1).webp
İntellektual Fəaliyyət
2012 - Davam edir

"Lənkəran Klubu" intellektual sahədə 2012-ci ildən fəaliyyət göstərir. Şəhərimizdə və bölgəmizdə 800-dən artıq müxtəlif növdə intellektual oyunlar keçirib, təxminən 15.000-dən çox gənci öz fəaliyyətlərinə cəlb edə bilib. Klub və üzvləri ölkə üzrə müxtəlif növ yarışların mükafatçısı və qalibidir. Klubun əsas fəaliyyəti məktəblərdə, universitet va kolleclərdə mütəmadi intellektual oyunların keçirilməsi və mədəni-maarifin, vətənpərvərlik və elmin təbliğinə istiqamətlənib.

10 il ərzində müxtəlif növdə intellektual yarışmaları - "Xəmsə MİO", "Breyn-Rinq", "Nə? Harada? Nə Zaman?", "Bayraktar" və "Taktiki" həyata keçirə bilmişik. Klubumuz Azərbaycan üzrə "Regionun Klubu" və "İlin Klubu" mükafatlarına layiq görülüb.

Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Quba və Balakəndə klub olaraq müxtəlif intellektual oyunlar təşkil etmişik.

Daha ətraflı:

https://www.maximum.edu.az/lənkəran-klubu

Rəşad Abbaszadə tərəfindən təsis edilib.
5 (3).png
Təhsil biznesi fəaliyyəti
2017- Davam edir

"Maximum Education Consulting" 2017-ci ilin mart ayında Lənkəran şəhərində təhsil və məsləhətçilik şirkəti kimi yaradılıb. 17 aprel tarixindən isə fəaliyyətə başlayıb. "Maximum" qurulduğu vaxtdan ictimai və gənclər sektorunda ciddi fəaliyyət və uğurları olan idarə heyəti tərəfindən idarə olunur. "Maximum Education Consulting" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin KOBİA-nın 287.000 ₼ dəyərində KOBİM LƏNKƏRAN layihəsinin qalibi və icraçısıdır. Eləcə də Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələri üçün elan etdiyi 300.000 € dəyərində təhsil müsabiqəsinin qalibidir.

Rəşad Abbaszadə tərəfindən təsis edilib.
3.png
Turizm biznesi fəaliyyəti
2017- Davam edir

2017-ci ilin dekabrında "Maximum Tour Guide" adlı turizm xidmətləri təklif edən şirkət qurulub. "Maximum Tour Guide" olaraq ölkədaxili və ölkəxarici turların təşkilini, Qəbələ, İsmayıllı, Quba, Şahdağ və Tufandağ kimi turlarla yanaşı, yaz və yay mövsümündə həftəlik 80-100 nəfərlik kiçik turların Lənkəran, Lerik, Astara rayonlarında qonaqlamasını həyata keçirmişik. Ölkə xaricində isə İstanbul, Kapadokiya, Batumi va Tiflisə avtobus səfərlərini təşkil etmişik. Hazırda şirkət fəaliyyətdədir, ölkədaxili turların təşkilini həyata keçirir. Yerli turizm obyektləri ilə sıx münasibətdədir.

Rəşad Abbaszadə tərəfindən təsis edilib.
4.png
Təhsil biznesi fəaliyyəti
2018- Davam edir

2018-ci ilin dekabrında "Maximum"un yeni bir filialı olan məktəbəqədər hazırlıq müəssisəsi kimi "Maximun Kids School" təsis edilib. İlin yaz və yay aylarında məktəbəqədər və məktəbli uşaqlar üçün müxtəlif yay düşərgələri və yay məktəbləri, o cümlədən il ərzində şahmat, rǝsm, toxuculuq dərnəkləri, ingilis dili üzrə danışıq dərsləri uğurla tədris olunub. Fəaliyyətdə olan mərkəzin 500-dən artıq məzunu var. Hazırda dəyişən sayda (80-100 arası) balacalar mərkəzdə təhsil almağa davam edir.

Rəşad Abbaszadə tərəfindən təsis edilib.
3.png
Təhsil biznesi fəaliyyəti
2019- 2022

2019-cu ilin fevralında təsis qərarı verilən Bakı ofisimiz - "Maximum Study Abroad" təmir və tikintidən sonra iyun ayından fəaliyyətə başlayıb. Mərkəz sırf xaricdə təhsil və xarici dil dərslərinin keçirilməsi üzrə ixtisaslaşıb, zamanla məktəblilər üçün robotexnika dərslərinin də keçirilməsinə başlanılıb. 2022-ci ilin yanvar ayından etibarən isə xarici dil dərslərinin onlayn formada təşkilinə start verilib. 

Rəşad Abbaszadə tərəfindən təsis edilib.
3.png
Media fəaliyyəti
2020- Davam edir

2020-ci ilin aprel ayında Famil Məmmədovla birgə əyləncə, film va media fəaliyyəti ilə məşğul olan "Mediamax" şirkətini yaratdıq. Saytdan əlavə, əsasən "Youtube" platformasında və sosial şəbəkələrdə kifayət qədər izləyiciyə çatmağı bacaran "Qəhrəmanlarımızı tanıyaq" layihəsi ilə Vətən müharibəsinin 30 nəfərə yaxın iştirakçısı və şəhidi haqqında şirkətimiz tərəfindən qısametrajlı filmlər çəkilib. Ən böyük proyektlərimizdən olan "Lənkəran Futbol Liqası"nın təşkil etdiyi "Polad Kuboku", "Zəfər Kuboku", "Dəmir Yumruq Kuboku" nda rayon və kəndləri təmsil edən bütün futbol klublarının qarşılaşmaları şərhli və canlı yayımla verilib.

Öz məhsulumuz olan "De görüm nə deyirsən" verilişi 2 mövsümdür ki, davam edir. Cənub bölgəsinin məşhur şəxsiyyətləri ilə əyləncəli və maraqlı talk show tipli verilişin buraxılışları maraqla izlənilir.

Daha ətraflı:

https://www.mediamax.az

Rəşad Abbaszadə tərəfindən təsis edilib.
3.png
Sahibkarlarla fəaliyyət
2021- Davam edir

2021-ci ildə regionun müxtəlif sahələrindən 60 nəfərə yaxın sahibkar ı birləşdirən "Maximum Sahibkarlıq Klubu"nu qurduq, hazırda 100-dən çox yaxın üzvümüzlə davam edirik. Klub informativ fəaliyyət göstərir, daha çox dövlət, özəl və beynəlxalq layihələrdə  sahibkarlığa fayda verə biləcəl məlumatlar, görüşlər bölüşülür. Klubumuzda dövlət qrumlarından rəhbər şəxslər də yer almaqdadır. 

RƏŞAD ABBASZADƏ TƏRƏFİNDƏN GÖRÜLƏN VƏ DƏSTƏK VERİLƏN DİGƏR FƏRQLİ PROYEKTLƏR
1-Qadın-Klubu-(png).png
Qadın klubu fəaliyyəti
2022- Davam edir

"Güclü Qadın" klubu region xanımlarının iş imkanlarının artırılması, qadınların cəmiyyətdə aktiv şəkildə özünüifadə bacarığına, sosial və ictimai məsələlərdə fəal iştirakına fokuslanmış qadınlar üçün inkişaf platformasıdır. Klub daha çox layihələrin yazılması və icra olunması üçün region xanımlarına dəstək olmaq üçün fəaliyyət göstərir.

RƏŞAD ABBASZADƏ TƏRƏFİNDƏN GÖRÜLƏN VƏ DƏSTƏK VERİLƏN DİGƏR FƏRQLİ PROYEKTLƏR
2-brain-X jpg1-01.png
Tələbə klubu fəaliyyəti
2022- 2023

"BrainX" klubu 2022-ci ildən fəaliyyət göstərir. Lənkəranda və bölgəmizdə gənclər və tələbələr üçün ödənişli və ya ödənişsiz seminar, görüş, təlim və dərslərin təşkil olunduğu azad özünüidarəetmə forması olan sosial inkişaf klubudur. Klubun əsas məqsədi gənclərin düzgün istiqamətdə karyera və təhsil həyatına öz töhfələrini verməsinə imkan yaratmaqdır.

RƏŞAD ABBASZADƏ TƏRƏFİNDƏN GÖRÜLƏN VƏ DƏSTƏK VERİLƏN DİGƏR FƏRQLİ PROYEKTLƏR
1000104543_a5b3740376fef38d278af245a2eb0498-3_17_2023, 19_49_50.png
Peşə və Eko fəaliyyət
2022- 2024

Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov və Rəşad Abbaszadə tərəfindən "Carnaval Hotel"in 2 ha ərazisində qurulan "Peşə Vadisi" 30 növdən çox bitki əkilən, eləcə də peşə öyrənmək istəyən turistlər üçün aqrobağ kimi salınıb.
5000 nəfərin iştirak etdiyi "Məktəblilər üçün yay festivalı" da məhz bizim "Peşə Vadisi"ndə keçirilib. Bir neçə qrantın qalibi olan vadimizdə bir sıra dövlət qurumlarının rəsmi şəxsləri qonağımız olub.

RƏŞAD ABBASZADƏ TƏRƏFİNDƏN GÖRÜLƏN VƏ DƏSTƏK VERİLƏN DİGƏR FƏRQLİ PROYEKTLƏR
1000104689_62a93612a9297c0f9def6bc84c8f73f5-3_17_2023, 20_11_04.png
İdman fəaliyyəti
2020- Davam edir

Famil Məmmədov və Rəşad Abbaszadə tərəfindən qurulan "Lankaran Football League" Lənkəranda 3 böyük minifutbol çempionatı təşkil edib. 2020-ci ildə "Polad Kuboku", 2021-ci ildə "Zəfər Kuboku", 2022-ci ildə isə "Dəmir Yumruq Kuboku" çempionatı keçirilib. Son çempionatda qaliblərə müvafiq olaraq 5000 ₼, 2500 ₼ və 1000 ₼ pul mükafatı, o cümlədən diplom, medal və kubok təqdim olunub.

RƏŞAD ABBASZADƏ TƏRƏFİNDƏN GÖRÜLƏN DİGƏR ÖDƏNİŞLİ İŞLƏR.
Loqo 3.png
LANKARAN TEA
TƏRƏFİMİZDƏN MALİYYƏ VƏ MARKETİNQ İŞLƏRİ GÖRÜLDÜ.

2020-ci ildə "Yaşıl Çay Fermer Təsərrüfatı"na aid olan "Lankaran Tea" çay brendinin rebrendiqini etmişik. Loqodan qablaşmaya, sosial şəbəkələrin idarə edilməsindən sayta qədər hər şeyi yeniləmişik. Eləcə də fermer təsərrüfatlarının bütün sahələrində maliyyə hesabatları hazırlanıb və yeni hesablaşma növünə keçirilib.

"Lankaran Tea"nin ən uğurlu çay məhsulu olan hədiyyəlik "Qarabağ çayları" ideyasının müəllifiyik. Hazırda təsərrüfatda ən çox satılan bu çay işğaldan azad edilmiş 11 Qarabağ və ətraf rayonlarının şərəfinə adlandırılıb, qutuda olan 12-ci çay da ölkəmizdə çayın vətəni olan Lənkəran şəhərinin adını daşıyır.

RƏŞAD ABBASZADƏ TƏRƏFİNDƏN GÖRÜLƏN DİGƏR ÖDƏNİŞLİ İŞLƏR.
1000105078_e6f5c01e7950490de90a352a1dcf72e4-3_18_2023, 00_17_56.png
BAKU FRUIT DELIVERY
SOSİAL MEDİA VƏ MARKETİNQ İŞLƏRİ GÖRÜLDÜ.

15 ildən çox fəaliyyətdə olan "Baku Fruit Company" Azərbaycanın meyvə idxalçısı kimi ən böyük şirkətlərindəndir. Şirkət Azərbaycanda bütün 5 ulduzlu hotellǝrǝ, prestijli kafe və restoranlara, eləcə də ən böyük super va hipermarketlərə hər gün meyvə, tərəvəz çatdırılmasını həyata keçirir. Şirkətə məxsus "Bir dəstə" brendi üçün yeni kampaniyalar təklif olundu, parakəndə bazar üçün biznes va marketinq planları yazıldı, sosial şəbəkələr üçün yeni strategiya uğurla icra olundu. Tərəfimizdən bir çox yerli fermerlərə, bağ sahiblərinə, həmçinin ən böyük ketrinq şirkətləri ilə birbaşa alış-satış əlaqələri yaradıldı.

Daha ətraflı:

https://www.bfd.az

RƏŞAD ABBASZADƏ TƏRƏFİNDƏN GÖRÜLƏN DİGƏR ÖDƏNİŞLİ İŞLƏR.
1000105079_b7a65b72f52c2b85a53c490728f2401b-3_18_2023, 00_26_35.jpg
CARNAVAL HOTEL
İDARƏETMƏ VƏ MARKETİNQ İŞLƏRİ GÖRÜLDÜ.

2021-ci il iyun ayından etibarən köhnə və qeyri-işlək olan hazırkı "Carnaval Hotel"i (+ çimərlik və hovuzu) 45 günlük təmir-tikinti işlərindən sonra fəaliyyətə başlatdıq. 15 ay ərzində hoteli bir neçə dəfə əsaslı təmir etdik, Azərbaycanın regionda ən çox layihə qəbul edən tək hoteli olduq. Çimərlikdə gördüyümüz işlər, paylaşdığımız yazılar bir il sonra sosial mediada ən böyük 30-yaxın səhifə tərəfindən kütləvi şəkildə tirajlandı. Hotel olaraq bir çox beynəlxalq təşkilatdan layihələr va qrantlar qazandıq. Azərbaycanın bir çox dövlət adamını və özəl qurumlardan böyük sahibkarları öz hotelimizdə qonaq edə bildik. Eyni zamanda Lənkəranın ən dadlı və ən fərqli yerli mətbəxini nümayiş etdirə bildik.

RƏŞAD ABBASZADƏ TƏRƏFİNDƏN GÖRÜLƏN DİGƏR ÖDƏNİŞLİ İŞLƏR.
1000108922_366aece81cff4684847d8165c4b216f7-3_23_2023, 03_15_26.png
GƏNCLƏRİN İNKİŞAF VƏ KARYERA MƏRKƏZİ
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏRİN İNKİŞAF ETDİRİLMƏSİNƏ NAİL OLUNDU.

Azərbaycan Respublikası Prezident Administrasiyasında çalışan Həmid müəllimin israrı ilə gənclər sektorunda rəsmi fəaliyyətə başladıq. Lənkəran şəhərində bir ay ərzində keçirdiyimiz layihə və tədbirlərin sayı

Gəncə-Qazax regionunda yerləşən rayonların cəm fəaliyyət sayından 2 dəfə çox idi. Fəaliyyətimiz müddətində 2000 nəfər gənclə birgə iş görə bildik. 120 üzv, 40 nəfərə qədər aktiv gənc könüllülərlə müxtəlif layihə və tədbirlər etdik.

GİKM-in Lənkəran nümayəndəliyi olaraq həyata keçirdiyimiz layihə və tədbirlərdən bəziləri: "Könüllü qonaq", "Bir-birimizi qoruyaq", "ZirvədəSən", "ŞəbəkəmİZ", "İrsimİZ", "Uğurunu paylaş", "KönüllüSən", "Karyeram", "Maliyyə savadlılığı", "Debat nədir?", "Gənc xanımlar üçün motivasiya", "Gənc qazansın".

Daha ətraflı:

https://www.gikm.az

Rəşad Abbaszadə tərəfindən təsis edilib.
pp1.jpg
MAXIMUM BUSINESS MMC 
2021- Davam edir

"Maximum Business" rəqəmsal biznes xidmətləri göstərən, biznes subyektlərinə şəbəkələşmədə, biznes proseslərinin təşkilində, marketinq, maliyyə-mühasibatlıq, sosial media planlanması, veb studio, bizneslərə təchizat xidmətləri göstərir.

Maximum Business bir neçə şirkətin Azərbaycanda təmsilçisi, ölkə daxilində bir neçə şirkətin məhsul və ya xidmət partyorudur.

Daha ətraflı:

https://www.mbn.az

SON SÖZ

Fərq yarada bilmədiyimiz, bizi işi görərkən həyəcanlandırmayan, bizdən sonrakılara nümünə olmayan və onları daha yaxşı işlərə və təşəbbüslərə sövq etməyən işlər görmürük və görə bilmirik.
Hər gördüyümüz iş, bizim adımızı, imzamızı təmsil edir, hər işə adımızı verə, hər yerə də imzamızı qoya bilmərik.
İmzamız olan işlərlə qarşılaşsanız,
bilin ki, orada böyük həvəs, fərq və əziyyət var.
1000103375_eb8730096bba7eed88f48237af239535-3_15_2023, 23_58_05.png
Rashad Abbaszada
  • LinkedIn
  • Facebook
  • Instagram
  • TikTok
  • YouTube
bottom of page